|
| |
125 il yeniliklərlə
Cümə axşamı, May 12, 2011

AutoStar Kauakasus şirkətinin baş direktoru Yoahim Traenkle:
Rəqabət artıb
2010-cu ildə satış barədə planlarımızı tam yerinə yetirə bilmədik. Bu bir sıra xarici və daxili səbəblərdən asılı olmuşdur. Xarici səbəb kimi qlobal maliyyə böhranı olmuşdur. Daxili səbəb isə Daimler konserninin qaydalarını çətinləşdirməsi ilə bağlı olub. Biz çalışırıq ki, onların standartına uyğun gələk. Digər tərəfdən əvvəlki illərlə müqayisədə dövlət sifarişləri azalmışdır. Həmçinin Azərbaycanda müştərilərin seçim imkanları getdikcə artır. Bazarda rəqib markalar təmsil olunurlar və onların da satışları olur. Bütün bu səbəblərdən satışlar gözlədiyimizdən aşağı oldu.
Yeni ML, CLS və C-Klass modellərin gətiriləcəyi gözlənilir
Mercedes-Benz markasının bu il təqdim edəcəyi yeni və yenilənmiş modellərdən yeni Mercedes-Benz ML-in Azərbaycan bazarı üçün uğurlu olacağına ümid edirik. Bu ilin sonunda kütləvi istehsalına başlanılacaq bu model ilk öncə Avropa və ABŞ bazarlarına göndəriləcək. Azərbaycana yeni ML-in gətirilməsi isə 2012-ci ilin əvvəllərinə təsadüf edəcək. Bu il yeni CLS modelinin satışına başlayacağımıza ümid edirik. Həmçinin Mercedes-Benz 2011-ci ildə yeni C-klass modelinin istehsalına başlayacaqdır. Çalışacağıq ki, yerli Mercedes-Benz həvəskarlarına həmin modeli tez bir müddətdə gətirib onlarla tanış edək.
Hazırda əlimizdə olan avtomobillər demək olar ki, qurtarıb. Bir nömrəli işimiz Novruz bayramına kimi mövcud modellərdən gətirib satışa təqdim etməkdir.
Yeni servis mərkəzləri açılacaq
Hazırda Mercedes-Benz yük avtomobilləri üçün servis mərkəzi tikilir və ilin sonuna yaxın hazır olacaqdır. Bundan başqa minik avtomobilləri üçün əlavə servis mərkəzinin açılması nəzərdə tutulur.
Tikinti texnikasının satışına üstünlük veriləcək
Azərbaycan bazarında daha çox Mercedes-Benz inşaat texnikasına tələbat vardır. Uzun məsafələrə yüklərin daşınması üçün nəzərdə tutulmuş Mercedes-Benz yük avtomobillərinə tələbat elə də böyük deyil. Avtobusların satışı barədə bunu deyə bilərəm ki, biz bir neçə il əvvəl bu sahədə fürsəti əldən verdik. Avtobusların satışı sahəsində bazarı iki-üç istehsalçı əldə edib və hesab edirik ki, bazar onların əlində qalmaqda davam edəcək.
Mercedes sürmüş yenə də Mercedes sürmək istəyir
Bu gün Azərbaycanın təkrar avtomobil bazarında Mercedes-Benz avtomobilləri liderlik edir. Bunun bizim üçün belə bir müsbət təsiri ola bilər ki, işlənmiş Mercedes-Benz sürüb onu sevənlər yenidən gəlib bizdən təzə Mercedes-Benz ala bilərlər.
“Ya ən yaxşısı, ya heç”
Mercedes-Benz Gottlieb Daimler müəyyən etdiyi “Ya ən yaxşısı, ya heç” fəlsəfəsini əsas tutaraq fəaliyyət göstərir. Yeni çıxacaq hər avtomobilin bənzərsiz olması üçün geniş araşdırmalar aparılır, təhlükəsizliyin, keyfiyyətin və komfortun ən yüksək səviyyədə olmasına çalışılır.
Texniki yenilik hər zaman Mercedes-Benz-in güclü olduğu bir sahədir. Mercedes-Benz keçdiyi 125 il ərzində bu gün avtomobil sənayesində standart halını almış bir çox kəşflərə imza atmışdır. ABS, ESP sistemləri, hava yastığı ilk dəfə Mercedes-Benz avtomobillərində tətbiq edilmişdir. Sürücü yorğunluğunun ilk əlamətlərini tanıyan Pre-Safe, Kor Nöqtə Bələdçisi və s. kimi son sistemlər də yeni avtomobil standartlarını müəyyənləşdirir. Hazırda statistika Mercedes-dən daha təhlükəsiz başqa bir avtomobil olmadığını göstərir. Bu həm bizim üçün, həm də müştərilərimiz üçün çox vacib məlumatdır.
Mart ayında Azərbaycan xalqı ən qədim bayramlarından olan Novruz bayramını qeyd edir. Bu ay boyunca insanların üzündən bayram əhval – ruhiyyəsi əksik olmur. Qeyd edilən çərşənbələr, ardınca isə möhtəşəm Novruz. AutoStar Kauakasus şirkəti Azərbaycan xalqını qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edir, sizlərə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, rifah, süfrələrinizə bol ruzi-bərəkət və bayram sevinci arzulayır.
|
|
Mercedes-Benz avtomobil ixtirasının 125 illiyini qeyd edir
Bazar ertəsi, Yanvar 31, 2011

Mercedes brendi böyük bir səylə, “125! innovasiya illəri” (125! Years of innovation) sloqanı altında, benzin mühərriki ilə çalışan avtomobil ixtirasının 125 illiyini qeyd etməyi planlaşdırır.
29 yanvar 1886 – cı ildə Karl Benz (Carl Benz) Berlində kral patentlik bürosuna benzin mühərriki ilə çalışan ilk avtomobil ixtirası haqqında ərizə təqdim edərək bütün dünyanı həmişəlik olaraq dəyişdirdi.
Bu avtomobilin “doğum günü” tarixi oldu və həmin andan etibarən Mercedes-Benz əlavə olaraq təxminən 80.000 yeni ixtiranı patentləşdirib.
Çap mediyasında kampaniyanın əsas sloqanı belə olacaq: “Avtomobil ixtiraçıları. 1886-cı ildən”. Bu yolla brend ilk avtomobil ixtirasından son texniki və dizayn yeniliklərinə qədər olan yolu göstərmək istəyir. Həmçinin, bu motiv qısa bir mətn müşayiəti ilə tamamlanacaq: “125 il əvvəl biz avtomobil ixtira etdik. Bugün bizim yeni ideyalara olan marağımız əvvəlki kimi güclüdür və biz elektrik ötürücüsü sistemindən başlayaraq yanacaq batareyalarına qədər hər şey üzərində çalışırıq. Çünki, 125 il sonra indi də biz zamandan bir addım öndə olmaq istəyirik”.
www.mercedes-benz.com/125 saytında şirkətin yubiley ili üçün hazırladığı bütün tədbirlərin siyahısını görmək və Mercedes-Benz brendinin ətraflı tarixini oxumaq mümkündür. Bundan əlavə, kampaniya çərçivəsində 10 saniyəlik TV rolik hazırlanıb.
|
|
Artıq Mercedes-Benz avtomobillərini kreditlə əldə edə bilərsiniz
Çərşəmbə, Noyabr 05, 2009

Azərbaycanda Mercedes-Benz avtomobillərinin baş distribütoru olan AutoStar Kaukasus şirkəti YapiKredi Bankı ilə birgə hər növ Mercedes-Benz avtomobillərini əlverişli kredit şərtləri ilə alınmasına imkan yaradır. Hər bir şəxs çox tez bir zamanda seçdiyi Mercedes-Benz markalı avtomobilini kreditlə əldə edə bilər. Bu əlverişli kredit kompaniyasına görə hər bir Mercedes-Benz avtomobil həvəskarı seçdiyi modeli ilkin ödəniş 30% olmaqla 1-illik-16%, 2-illik -17% və 3-illik -18% kreditlə əldə edə bilər. Daha ətraflı məlumat almaq üçün AutoStar Kaukasus şirkətinin satış mərkəzini ziyarət edə və ya telefon ilə əlaqə yarada bilərsiniz. AutoStar Kaukasus şirkətinin təcrübəli satış mütəxəsisləri Sizə kredit kompaniyası və Mercedes-Benz avtomobilləri haqqında hər növ məlumat verməyə hazırdirlar. Həmcinin bizim internet səhifəmizdə www .mercedes-benz.az hər növ Mercedes-Benz avtomobilləri haqqinda məlumat əldə etmək mümkündür.

|
|
“Buta Palacе” sarayında Yeni E-Class modelinin təqdimat mərasimi keçirildi.
Çərşəmbə axşamı, Aprel 13, 2009

Aprelin yeddisi “Buta Palacе” sarayında yeni nəsil Mercedes-Benz E-Class modelinin rəsmi təqdimat mərasimi keçirildi. Tədbir Mercedes-Benz Baş Distribütoru AutoStar Kaukasus şirkəti tərəfindən təşkil olunmuşdur.
Yeni modeli təqdim edərkən, AutoStar Kaukasus şirkətinin Baş Direktoru Yoaxim Trenkle demişdir: “Biz şadıq ki, bu modeli Azərbaycanda təmsil etmək bizə nəsib olub. Mən əminəm ki, yeni E-Class modeli də Azərbaycanda sələfləri kimi məşhur olacaq. Çünki bu avtomobil öz sinfində qalib olmaq üçün yaranıb”.
Yeni Mercedes-Benz Е-Class – hərtərəfli təhlükəsizlik, maksimal komfort və yanacağa 23% qənaət.
E-Class avtomobilinin yeni versiyasını təqdim edərkən, Mercedes-Benz mütəxəssisləri özündə təhlükəsizlik, komfort və ekoloji baxımdan ən qabaqcıl olan seqmentin etalonunu təyin edirlər.
Sürücüyə effektiv və təhlükəsiz avtomobil idarə etməkdə dəstək olan unikal sistemlər kombinasiyası ilə seçilən bu sedan Mercedesin lüks sinifli avtomobillər seqmentində liderliyini daha da möhkəmləndirir. Məsələn, sürücünün yorğunluğunu təyin edə bilən ATTENTION ASSIST sistemini, ADAPTIVE HIGHBEAM ASSIST adaptiv ön işıqlandırma sistemini, sürət məhdudiyyəti nişanlarını təyin edə bilən SPEED LIMIT ASSIST sistemini və qəza təhlükəsi olan anda bütün lazımi təhlükəsizlik sistemlərini aktivləşdirən PRE-SAFE kompleksini qeyd etmək olar.
Bütün yol boyu rahatlığı təmin etmək bacarığı E-Class avtomobillərinin özünəməxsusluğudur. Bu xüsusiyyət yeni sedanda Mercedes-Benz mütəxəssislərinin səyləri nəticəsində ilk növbədə möhkəmliyi 30% artan kuzovun qabaqcıl konstruksiyası, optimallaşdırılmış oturacaqların və yol şəraitinə avtomatik uyğunlaşan amortizatorları olan asqının hesabına daha yüksək səviyyəyə qaldırılmışdır. Əlavə avadanlıq kimi təklif olunan pnevmoasqı indi elektronika ilə tənzimlənə bilər.
Yeni E-Class sedanının təhlükəsizliyi və komfortu kimi ekoloji göstəriciləri və qənaətçilliyi də yüksək səviyyədədir: yeni mühərriklərin yanacaq sərfiyyatı əvvəlkindən 23% az göstərici təşkil edir.
|
|
|
|
|